
Kreon® – ferment çatışmazlığı simptomlarının müalicəsi üçün unikal
Kreon Minimikrosferaları®* formasında buraxılan orijinal ferment preparatıdır*6
*Pankreatinin bu forması “Abbott Laboratories GmbH” şirkəti tərəfindən işlənib hazırlanmışdır və istehsal olunur. Kreon Minimikrosferaları® “Abbott” şirkətinə məxsusdur.
**Həzm sisteminin pozulması ilə müşayiət olunan mədəaltı vəzinin ekzokrin funksiyasının pozulması
![]()
Ferment çatışmazlığının ağrı, qarında ağırlıq hissi, meteorizm kimi simptomlarının aradan qaldırılmasına kömək edir1-3
![]()
Bütün yaş qrupları və əhali qrupları (uşaqlar, böyüklər, yaşlı insanlar) üçün uyğundur1
![]()
Kreon Minimikrosferaları® insanın öz mədəaltı vəzisinin funksiyasını zəiflətmədən təbii həzm prosesinə kömək edir2
![]()
Kreon®6 – ferment preparatları bazarının lideridir8
*mədəaltı vəzinin ekzokrin çatışmazlığı olduqda
Kreon Minimikrosferaları® ferment əvəzedici müalicə üçün seçim preparatına dair tələblərə cavab verir4,7:
– mədə şirəsinin təsirindən qorunmuşdur
– hissəciklərin kiçik ölçüsü qida ilə birlikdə nazik bağırsağa keçməyə imkan verir
– çoxsaylı hissəciklər tabletlərlə müqayisədə daha böyük təmas sahəsi yaradır
– lazım olan yerdə (nazik bağırsaqda) təsir göstərməyə başlayır
Fransız fizioloqu Klod Bernar mədəaltı vəzi şirəsindən pankreatin adlanan maddəni ayırmışdır. Bu andan etibarən mədəaltı vəzi preparatlarının yaradılması üzrə axtarışların tarixcəsi başlanmışdır.
Bu ildən etibarən həzmin yaxşılaşdırılması üçün istehsalı olan dərman vasitələrinin tarixcəsi başlanmışdır; həmin preparatlar artıq toz formasında buraxılırdı. Alman həkimi Herman Engesser ideal pankreatinin ilk xüsusiyyətlərini müəyyən etmişdir. O vaxtdan etibarən bu xüsusiyyətlərə yeniləri əlavə olunmuşdur.
Hazırda fizioloji həzm prosesini təkrarlamaq məqsədilə əvəzedici ferment müalicəsi üçün seçim preparatına dair tələblərin siyahısı təsdiq edilmişdir4,5.
Bu tələblərə aşağıdakılar daxildir:
*dərman vasitəsinin xarici görünüşü təqdim edilmiş rəsm təsvirindən fərqlənə bilər
Kreon® 10000 preparatı üçün: MBT-nin funksiyası normal olan pasiyentlərdə qidalanma pozuntusu hallarında (yağlı qidaların qəbulu, həddindən artıq yemə, qeyri-müntəzəm qidalanma və s.) həzminin yaxşılaşdırılması üçün.
2. Uşaqlarda və böyüklərdə aşağıda sadalanan xəstəliklərlə əlaqəli olan, lakin bunlarla məhdudlaşmayan mədəaltı vəzinin ekzokrin funksiyasının çatışmazlığının müalicəsi: mukovissidoz; xroniki pankreatit və s.
Kreon® preparatının tərkibində 3 həzm fermenti vardır:
lipaza – yağları parçalayır;
proteaza – zülalları parçalayır;
amilaza – karbohidratları (şəkərləri) parçalayır.
Kreon® preparatının tərkibində jelatin kapsullarda Kreon Minimikrosferaları® formasında donuz mənşəli pankreatin vardır. Kapsullar mədədə tez həll olur və çoxlu sayda xırda hissəciklər azad edir ki, bu da mədə möhtəviyyatı ilə yaxşı qarışmanı, mədədən onun möhtəviyyatı ilə birlikdə nəql olunmanı və azad olunduqdan sonra fermentlərin bağırsaq möhtəviyyatında yaxşı paylanmasını təmin edir.
Kreon Minimikrosferaları® nazik bağırsağa daxil olduqda, örtük tez həll olur və lipolitik, amilolitik və proteolitik aktivliyə malik olan fermentləri azad edir ki, bu da yağların, karbohidratların və zülalların parçalanmasını təmin edir. Mədəaltı vəzi fermentlərinin iştirakı ilə baş verən həzmin məhsulları bundan sonra ya dərhal, ya da bağırsaq fermentləri tərəfindən hidrolizə məruz qaldıqdan sonra sorulurlar.
Preparatı yemək vaxtı və ya yeməkdən dərhal sonra qəbul etmək tövsiyə olunur.
Kapsullar bütöv şəkildə, sındırılmadan və çeynənilmədən, kifayət qədər maye ilə birlikdə, qida qəbulu, o cümlədən yüngül qəlyanaltı zamanı və ya ondan sonra qəbul edilməlidir. Əgər kapsulu bütöv udmaq mümkün deyilsə (məsələn, uşaqlar və yaşlı pasiyentlər üçün), onu ehtiyatla açmaq və Kreon Minimikrosferalarını® çeynəmə tələb etməyən turş mühitli (pH <5,5) yumşaq qidaya və ya turş mühitli (pH <5,5) mayeyə əlavə etmək olar. Bu, pH <5,5 olan alma əzməsi və ya yoqurt, yaxud meyvə şirəsi, məsələn, alma, portağal və ya ananas şirəsi ola bilər. Belə qarışıq saxlanılmamalıdır. Preparatın qalıqlarının ağız boşluğunda qalmamağına nəzarət etmək lazımdır.

Dərman vasitəsinin xarici görünüşü təqdim edilmiş rəsm təsvirindən fərqlənə bilər
Dərman vasitəsinin reklamıdır. Əks-göstərişlər mövcuddur. İstifadədən əvvəl təlimatla tanış olun və ya mütəxəssislə məsləhətləşin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi Kreon® DV №23-00680, 11.07.2028-ci il tarixinədək etibarlıdır. Beynəlxalq patentləşdirilməmiş adı: Pancreatin. İstifadəsinə göstəriş: Həzm sisteminin pozulması ilə müşayiət olunan mədəaltı vəzinin ekzokrin funksiyasının pozulması.
Əlavə məlumat əldə etmək üçün müraciət edə bilərsiniz: «Abbott Ukrayna» MMC, 01010, Ukrayna, Kiyev şəh., Ostrojski Knyazları küç., 32/2, tel.: +38-044-498-60-80; faks: +38-044-498-60-81.
UZC-26-0207